...

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin növbəti görüşü Pakistanda keçiriləcək (FOTO)

Siyasət Materials 28 İyul 2021 09:30 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin növbəti görüşü Pakistanda keçiriləcək (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli formatının növbəti görüşü 2022-ci ildə Pakistanda keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu format üç qardaş ölkələr arasında münasibətləri daha da irəli aparacaq. O həmçinin Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında da üçlü formatın yaradıla biləcəyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti