...

Ermənilərin təxribatları davam etdikcə sülhü təmin etmək mümkün olmayacaq - Mustafa Şentop

Siyasət Materials 28 İyul 2021 10:00 (UTC +04:00)
Ermənilərin təxribatları davam etdikcə sülhü təmin etmək mümkün olmayacaq - Mustafa Şentop

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənilərin sərhəddə təxribatları davam etdikcə bölgədə sülhü təmin etmək mümkün olmayacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Şentop bildirib ki, Ermənistanın təxribatlarının indiyə qədər acı nəticələrini görmüşük: “Əgər bundan sonra da bu təxribatlar davam edəcəksə acı nəticələri olacaq. Beynəlxalq birlik də Ermənistanı bölgədə sülhü təhdid edən təxribatlardan çəkinməyə çağırmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti