...

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada (FOTO)

Siyasət Materials 30 İyul 2021 15:24 (UTC +04:00)
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada (FOTO)

Şuşa. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları Şuşa şəhərinə səfər edib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, daha əvvəl nümayəndələr üçün Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı kiçik təqdimat edilib.

Həmçinin, Füzuli - Hadrut avtomobil yolunda aparılan minatəmizləmə işləri ilə tanışlıq olub və Zəfər Yolunun tikintisinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti