...

Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert

Siyasət Materials 2 Avqust 2021 13:17 (UTC +04:00)
Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması İrəvanda gizlənən erməni terrorçu rəhbərliyi tərəfindən hazırlanan vəhşi bir hərəkətdir və dünyanın böyük hökumətləri və beynəlxalq təşkilatları tərəfindən qınanılmalıdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın günahsız insanlarına qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyət daşımalı və beynəlxalq ədalət məhkəməsinə verilməlidir:

“Heydərabad qəsəbəsində hərbi postlara və mülki yaşayış məntəqələrinə hücum etməsinə görə Ermənistan məsuliyyət daşımalıdır”.

Xəbər lenti

Xəbər lenti