...

Dövlət Neft Şirkətinə iki vitse-prezident təyin edildi - SƏRƏNCAM

Siyasət Materials 11 Avqust 2021 17:41 (UTC +04:00)
Dövlət Neft Şirkətinə iki vitse-prezident təyin edildi - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev K.T.Nəcəfovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti