...

İsrailin baş naziri ABŞ prezidenti ilə avqustun 26-da görüşəcək

Siyasət Materials 19 Avqust 2021 05:28 (UTC +04:00)
İsrailin baş naziri ABŞ prezidenti ilə avqustun 26-da görüşəcək

Bakı. Trend:

İsrailin baş naziri Naftali Bennet Vaşinqtona səfər edəcək və burada 26 avqustda ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Prezident və baş nazir Bennet regional və qlobal təhlükəsizlik ilə bağlı kritik məsələləri müzakirə edəcəklər", - mətndə deyilir.

Hesabatda, səfərin "ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiq bağlılığını" vurğulayacağı da bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti