...

Şuşanın bu cür sürətlə dirçəlməsi Azərbaycan xalqına böyük sevinc bəxş edir - Deputat

Siyasət Materials 1 Sentyabr 2021 19:25 (UTC +04:00)
Şuşanın bu cür sürətlə dirçəlməsi Azərbaycan xalqına böyük sevinc bəxş edir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanli ordumuz tərəfindən qəhrəmanlıqla azad edilən Şuşada bərpa işləri sürətli şəkildə həyata keçirilir. Qısa müddət ərzində Şuşada demək olar ki, bütün infrastruktur artıq bərpa edilib, suyun, işığın verilməsi təmin edilib, Şuşaya çəkilən Zəfər yolu artıq tikilib və bu yol işğaldan azad edilmiş ərazilərə zəngin bir həyatın qayıtmasnın rəmzinə çevrilib. Şuşanın bu cür sürətlə dirçəlməsi Azərbaycan xalqına böyük sevinc verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Şuşaya zəngin bir həyatı qaytarmağa imkan verdi: “Bu gün Şuşada bərpa işləri çox sürətlə həyata keçirilir. Eyni zamanda, Şuşada “Xarıbülbül” və “Qarabağ” otelləri açılıb və bu otellərdə artıq şuşalılar işlə təmin edilib. Bütün bunlar Şuşada zəngin həyatın bərpa olunduğu göstərir. Cənab Prezident Şuşanın azad olunduğu gün xalqa müraciətində demişdi ki, “Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Qısa bir zaman ərzində Ali Baş Komandan, cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, verdiyi vədini dəqiq və düzgün yerinə yetirdi və xalqımıza bu böyük sevinci yaşatdı, xalqın milli ruhunu dirçəltdi”.

S.Hüseynova qeyd edib ki, Şuşa erməni işğalı altında olduğu müddətdə nə qədər dağıntılara, vandalizmə məruz qalsa da qədim Azərbaycan şəhəri olduğunu qoruyub saxlaya bildi: “Bu gün Şuşada infrastrukturla yanaşı, tarixi-mədəni abidələrimiz də bərpa olunur. Yuxarı Gövhər Ağa Məscidində bərpa işləri artıq yekunlaşır, digər iki məscidin təmiri ilə bağlı sərəncam verilib. Bundan əlavə, illər boyu qəlbimizi yandıran Natavanın, Üzeyir Hacıbəyovun, Bülbülün gülləbaran olunmuş büstləri artıq öz Vətənindədir, bərpa olunaraq Şuşanın mərkəzində öz yerlərinə qoyulub.

Bir sözlə, bununla Azərbaycan xalqının ruhu sevindi. Bu cür sürətli bərpa işləri ilə, növbəti il, 270 illiyində Şuşa əvvəlkindən də gözəl vəziyyətə gələcək.

Şuşa Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malikdir. Bu gün Şuşamızın dirçəlməsi hər bir azərbaycalının ürəyincədir. Xarı Bülbül festivalından sonra Şuşada Vaqifin Poeziya gecəsinin bərpa olunması Azərbaycan xalqını ruhlandırdı. Var olsun Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev, qüdrətli ordumuz. Bu şərəfli yolda şəhid olan qəhrəman oğullarımıza Allahdan rəhmət, öz sağlamlıqlarını itriən qazilərimizə isə şəfa diləyirik”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti