Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qardaşlıq və həmrəylik birliyidir - Kamaləddin Qafarov

Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qardaşlıq və həmrəylik birliyidir - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Bu baxımdan 12 sentyabr 2021-ci il tarixdə başlanmış və sentyabrın 20-dək davam edəcək “Üç qardaş - 2021” birgə beynəlxalq təlimi son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə keçirdikləri təlimin regional sülhün qorunması baxımından da böyük önəm kəsb etdiyini vurğulayan millət vəkili bildirib ki, birgə hərbi təlimlər həm də ölkələrimiz arasında münasibətlərin məhz qarşılıqlı hörmət və etimad əsasında formalaşdığını nümayiş etdirir: "Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni geosiyasi reallıqların yanmasını həyata keçirdi. Bu reallıqlar fonunda diqqəti cəlb edən ən mühüm məqamlardan biri də yeni siyasi konfiqurasiyaların formalaşması oldu. Bu baxımdan məhz Azərbaycan - Türkiyə - Pakistan münasibətləri bu gün bütün dünyanın diqqətini cəlb edən bir alyans formatını almaqdadır.

Məlumdur ki, ölkəmizin qardaş Türkiyə ilə yanaşı Pakistanla da münasibətləri daim diqqət mərkəzində olub. Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistana təpki göstərmək məqsədilə bu ölkə ilə sərhədlərini bağlamış Türkiyə kimi, Pakistan da bu məsələdə ilk gündən prinsipial mövqe tutub. Ölkəmizin müstəqilliyini tanıyan, Azərbaycanda səfirliyini açan ilk dövlətlərdən biri olaraq Pakistan daima Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib və erməni işğalına etiraz əlaməti olaraq bu ölkə ilə diplomatik əlaqələrdən imtina edib. Pakistan Azərbaycanın mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın lehinə 4 məlum qətnamənin qəbul olunmasında Türkiyə ilə birgə böyük rol oynayıb.

Bu gün də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq, qardaşlıq və bütün sahələrdə tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Əlbəttə ki, bu beynəlxalq təlim həm də 3 ölkə arasında mövcud olan hərbi-siyasi formatda münasibətlərin yeni mərhələyə keçidinin göstərisidir. Heç şübhəsiz, bu cür təlimlər Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Bu isə birmənalı olaraq Cənubi Qafqaz regionunda davamlı sülhün, inkişafın və təhlükəsizliyin bərqərar olması işinə xidmət edəcək."

Kamaləddin Qafarov Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin möhkəmliyini təmin edən əsas amillərdən birinin də bu münasibətlərin təkcə dövlətlərarası formatda deyil, həm də bu üç ölkənin xalqları arasında yaşanan dostluq əlaqələrinin olduğunu qeyd edib: “Ötən əsrin sonlarından start götürən yeni dünya düzəninin formalaşması prosesi bu gün də davam edir. Bu qlobal proses ilk növbədə yeni dünyada yeni güc mərkəzlərinin, yeni alyansların yaranması ilə müşayiət olunur. Təbii ki, Azərbaycan da Avrasiya məkanının ən əhəmiyyətli geostrateji regionlarından biri olan Cənubi Qafqazın lider dövləti kimi bu proseslərdən kənarda qala bilməz. Əksinə, Vətən müharibəsinin nəticələrinə görə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan yeni dünya düzəninin formalaşmasında ən aktiv şəkildə iştirakını bütün dünyaya nümayiş etdirdi. O cümlədən 27 iyul 2021-ci il tarixdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanmış Bakı Bəyannaməsi də ölkəmizin bundan sonra da həmin proseslərdə aktiv iştirak edəcəyini təsdiq edən beynəlxalq hüquqi sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Belə bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizin bu gün nüvə dövləti olan Pakistanla və NATO-nun ən böyük quru qoşunlarına malik olan Türkiyə ilə strateji müttəfiq olaraq yanaşı durması sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və dövlətimizi daha geniş geosiyasi arealda söz sahibi kimi tanınmasına xidmət edir. Bu isə, birmənalı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin növbəti təntənəsi kimi dəyərləndirilməlidir. Unutmaq olmaz ki, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib.

Digər tərəfdən isə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin möhkəmliyi təkcə dövlətlərarası formatda deyil, həm də bu üç ölkənin xalqları arasında yaşanan dostluq əlaqələri ilə təmin olunur. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə şəhər və kəndlərimizdə müqəddəs bayrağımızla yanaşı, Pakistan və Türkiyə bayraqlarının da qürurla dalğalandırıldığı günlərdə bu ölkələrin də xalqları bizim Qələbəmizi eyni sevinclə, eyni coşqu ilə qeyd ediblər. Ölkələrimiz arasında sıx əlaqələrin olması da əməkdaşlıq üçün yeni və daha geniş imkanlar açır. Şübhə yoxdur ki, “Üç qardaş – 2021” beynəlxalq təlimi də ordularımız arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək və beynəlxalq terrorla mübarizədə güc və imkanlarımızı daha da artıracaq.”

Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb - Nazir müavini
Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb - Nazir müavini
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib (FOTO)
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib (FOTO)
Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi
Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi
Loading Bars
Xəbər lenti
Füzuli beynəlxalq hava limanının açılışı Qarabağı qlobal kommunikasiya və əməkdaşlıq şəbəkəsinə daxil edəcək - Rusiyalı ekspert
Dövlət başçılarının Füzuli hava limanını birgə açması Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür - Komitə sədri
Saatlı və Ağcabədidə ev yanıb
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA
Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb - Nazir müavini
Dünya ölkələrində selfi çəkərkən 379 nəfər həyatını itirib
MDU ilə Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
AQTİ mütəxəssisləri ictimai iaşə sahələrinin əməkdaşlarına növbəti təlim keçib
ABB-dən hər kəsə nağd pul krediti
Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir
Baş Prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Üç məhkəmə hakiminin səlahiyyətinə xitam verilib
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib (FOTO)
Türkiyə prezidentinin Qarabağa səfəri bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi - Azər Qarayev
Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi
Silsilə Zəfər tədbirləri keçiriləcək (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır - XİN başçısı
İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib (FOTO)
Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi (ƏLAVƏ OLUNUB)
Kamal Abdulla Venesuelanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Əcnəbilər yol hərəkəti ilə bağlı Azərbaycan ərazisində cəriməni necə ödəyirlər?
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
ƏƏSMN-in “Zəfər” altsistemi yaradılır
Avropa Məhkəməsi Polşanı cərimələdi - Hər gün bir milyon avro ödəyəcək
Qaradağda 2-ci Qarabağ müharibəsi şəhidlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Azərbaycan-Çin hökumətlərarası komissiyasının videokonfrans formatında iclası keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Aİİ tərəfindən təşkil olunan “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb (FOTO)
Azərbaycanda 2300 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib
Əməkdar rəssam vəfat edib
İmişli Neft Terminalının fəaliyyəti məhdudlaşdırılıb (FOTO/VİDEO)
Şəhidlərimizin anım mərasimi keçirilib (FOTO/VİDEO)
DSMF-nin büdcə gəlirləri və xərcləri məlum olub
Azərbaycan və Dünya Bankı arasında kredit müqaviləsi imzalanıb
Azərbaycan çox qısa zamanda barmaqla göstərilən ölkələr arasında yerini alacaq - Ərdoğan (VİDEO)
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı - Deputat
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi (FOTO)
Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Prezident İlham Əliyev Miloş Zemanı təbrik edib
İranda koronavirusdan gündəlik ölüm sayı yenidən artıb
Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
Mingəçevir Dövlət Universitetində yol hərəkətinin təhlükəsizliyinə dair seminar keçirilib (FOTO)
Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa səfər edib (FOTO)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub
Norveç şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb
İsrail təyyarəsi ilk dəfə Səudiyyə Ərəbistanına uçub
Vaksinlər koronavirusun yeni variantına qarşı effektivdir - İnfeksionist
2022-ci ildə elm sahəsinə xərclər 10 faizdən çox artırılacaq
2007-ci ildən bu günə qədər ali məktəblərə qəbul üzrə edilən dəyişikliklər - SİYAHI
Şəhid ailələri və qazilərlə bağlı “Zəfər” altsistemi yaradılır - Fərman
Xaçmaz rayonunda onlayn formatda vətəndaşların müraciəti dinlənilib (FOTO)
Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır
Azərbaycandakı dini qurumların sayı açıqlanıb
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimi başa çatıb (FOTO)
Azərbaycanın azad edilmiş əraziləri tezliklə nümunəvi istehsal mərkəzinə çevriləcək - Türkiyə Prezidenti
Füzuli aeroportunun açılması ilə mühüm hava nəqliyyatı marşrutu reallaşdırılıb - Ərdoğan
"Təmiz Şəhər" iki beynəlxalq sertifikata layiq görülüb
"Holcim Azərbaycan" Azərbaycanda əsas infrastruktur layihələrinin etibarlı tərəfdaşıdır
Toxum və əkin materialları sahəsində yeni dövlət standartı təsdiq edilib
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti işə başlayıb
Rusiyada koronavirusdan ən yüksək ölüm statistikası qeydə alınıb
SOCAR Neft Emalı Zavodunun ətrafındakı yüksək səs və gurultulara aydınlıq gətirib (FOTO)
Qazax sakinindən odlu silah götürülüb (FOTO)
Qazaxda narkotik alverçisi yaxalandı (FOTO)
Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək - Nazir müavini (FOTO)
Paytaxtda növbəti həyət abadlaşdırılıb (FOTO)
Ermənilər Bərdəni atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istəyirdilər - Hərbi ekspert
Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq
Sabah hava necə olacaq?
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır
Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib
UNEC-də “Erməni dili” kurslarına start verilib
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində olub (FOTO)
Hazırda tədrisi distant aparan siniflərin sayı açıqlanıb
Yaşayış minimumunun məbləği artırılır
Saxta COVID pasportu satan xəstəxana rəhbərliyinə cinayət işi başlandı
Məhkəmə və hüquq-mühafizə sahələrinə xərclər 13 faizə yaxın artırılacaq
Vilyam Hacıyev xəstəxanadan təcridxanaya qaytarıldı
Goranboyda karantini pozan kafe sahibləri məsuliyyətə cəlb olunub (FOTO)
Dünya Bankı BVF direktorunun öz müdafiəsi üçün iclasın keçirilməsi müraciətini qəbul etməyib
BDU-da “Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans keçirilib (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılması qələbəmizin davamıdır - Səttar Möhbalıyev
ƏƏSMN-in elektron xidmətlərinə 11,5 milyon müraciət qeydə alınıb
Ölkə üzrə koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı
Fəhlənin ölümündə təqsirləndirilən şirkət rəhbərinin işi məhkəməyə göndərildi
Qubadlıda icra olunan infrastruktur layihələri dinamik inkişafa hesablanıb - Kamaləddin Qafarov
Kaspersky identifikasiya, autentifikasiya və avtorizasiya arasındakı fərqi izah edir
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib (FOTO)
Azərbaycan Naxçıvana dotasiyaları artıracaq
DOST Agentliyi “Avropa Sosial Xidmətlər Mükafatı – 2021”in finalçılar siyahısında iki yer qazanıb
Bütün xəbərlər