...

Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır - Paşinyan

Siyasət Materials 20 Sentyabr 2021 16:17 (UTC +04:00)
Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır - Paşinyan

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı deyib.

O bildirib ki, Yerevan kommunikasiyaların açılmasında 25 ildən çox davam edən blokadanın bitməsi üçün imkan görür.

N.Paşinyan, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin üçtərəfli qrupunun işinə toxunaraq Ermənistan üçün Rusiya ilə dəmiryol əlaqəsinin əldə olunmasının vacibliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti