...

İndoneziyada ən hündür binada Azərbaycan bayrağı nümayiş olunub (VİDEO)

Siyasət Materials 27 Sentyabr 2021 16:49 (UTC +04:00)
İndoneziyada ən hündür binada Azərbaycan bayrağı nümayiş olunub (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova - Trend:

İndoneziyanın paytaxtı Cakarta şəhərinin ən hündür binası olan “Gama Tower”in üzərində Azərbaycan bayrağının rəngləri nümayiş olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin “Twitter” səhifəsində paylaşılan məlumatda qeyd olunub.

Paylaşımda bildirilir: "Vətən Müharibəsində həlak olan şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla Azərbaycan bayrağının Anım Günü nümayişi...".

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür. 44 gün davam edən Vətən müharibəsində haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti