...

Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün yeni perspektivlər açacaq - Spiker

Siyasət Materials 28 Sentyabr 2021 15:34 (UTC +04:00)
Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün yeni perspektivlər açacaq - Spiker

Bakı. Trend:

Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.

Milli Məclisdən Trend-ə verilən məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 28-də TÜRKPA-nın Qazaxıstanın Türkistan şəhərində keçirilən 10-cu plenar iclasında çıxışı zamanı Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətindən danışarkən deyib.

Spiker bildirib ki, ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Zəfər Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyaraq, regionda yeni geosiyasi reallıq yaradıb.

Onun sözlərinə görə, bu böyük Qələbənin önəmli nəticələrindən biri də türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası üçün tarixi bir imkan yaranmasıdır.

Spiker vurğulayıb ki, indiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji - nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti