...

Gələn il G20 zirvə görüşü adada keçirilə bilər

Siyasət Materials 12 Oktyabr 2021 08:34 (UTC +04:00)
Gələn il G20 zirvə görüşü adada keçirilə bilər

Bakı. Trend:

İndoneziya hakimiyyəti G20 ("İyirmilər qrupu") ölkələrin zirvə görüşünü kurort Bali adasında əyani formatda keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə The Straits Times qəzeti İndoneziya prezidenti Coko Vidodonun sözlərinə istinadən xəbər verib.

C.Vidodo bildirib: "Bu fürsətdən istifadə edərək pandemiya üzərində, o cümlədən sağlamlıq və iqtisadiyyatın bərpası baxımından nəzarət imkanlarımızı göstərmək istəyirik".

1 dekabr 2021-ci ildə İtaliyadan keçəcək G20-yə sədrlik dövründə İndoneziya "əldə olunan irəliləyişi nümayiş etdirmək" niyyətindədir.

Onun sözlərinə görə, növbəti G20 sammiti böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yüksək nüfuza malik Bali adasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti