...

Dini liderlərin görüşü Cənubi Qafqazda ümumi mühitin sağlamlaşdırılmasına xidmət edəcək – Zaxarova

Siyasət Materials 14 Oktyabr 2021 13:00 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 13-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderləri arasında keçirilmiş görüş Cənubi Qafqazda ümumi mühitin sağlamlaşdırılmasına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinq zamanı deyib.

O bildirib ki, bu, ilk görüş olmayıb: "Dini liderlər arasında təmaslar onilliklər ərzində dəstəklənir. Onlar öz etimadlılığı ilə fərqlənir. Əlbəttə, biz görürük ki, bu, unikal formadır və konfessiyalararası qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir. Oktyabrın 13-də Moskvada keçirilmiş görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazda ümumi mühitin sağlamlaşdırılmasına xidmət edəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti