...

Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat

Siyasət Materials 19 Oktyabr 2021 15:04 (UTC +04:00)
Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əzimkarlığını, birliyini, mərdliyini və şücaətini bir daha nümayiş etdirdi. Bu müharibədə hər kəs bir əsgərə çevrildi, uşağı da, cavanı da, yaşlısı da var gücü ilə bu müharibədə qələbəyə öz töhfəsini verdi. Bu baxımdan İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyildi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat bildirib ki, hər bir vətəndaş Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Zəfər yolunda çaba göstərdi:

“Vətən müharibəsində qələbə hər kəsin yeganə amalına çevrildi, xalq bu amal ətrafında bir yumruğa çevrildi. Uşağından böyüyünə, cavanından yaşlısına, hər kəsin yeganə istəyi qələbə idi və bu yolda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırdı. Uşaqlar əsgərlərimizə məktublar yazmaqla onları ruhlandırdı, gənclərimiz döyüşə getmək üçün növbələrə düzülürdü, yaşlı insanlarımız öz təqaüdlərini belə ordumuza göndərirdi. Xalqımız arxa cəbhədə bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsi üçün var gücünü ortaya qoydu. Xalqın bu dəstəyi, həmrəyliyi ordumuzda rüh çox böyük ruh yüksəkliyi yaratdı və ordumuz xalqın bu dəstəyindən güc alaraq hər gün bizlərə qələbə sevinci yaşadırdı”.

A.Həsənova vurğulayıb ki, bəzi qüvvələr 30 il ərzində münaqişənin həlli ilə bağlı danışıqlar prosesini uzatmaqla düşünürdülər ki, Azərbaycan xalqı zaman-zaman Qarabağı unudacaq, torpqlarından əl çəkəcək:

“Ancaq Vətən müharibəsi göstərdiki xalqımız Qarbağ arzusundan bir addım da belə geri çəkilməyib, torpaqlarımızı işğaldan azad etmək iradəsi daha da möhkəmlənib, nəyin bahasına olursa-olsun işğala son qoymağa hazırdır. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər, uşaqlarımız belə Qarabağın azad olunmasını böyük sevinclə gözləyirdilər. Cənab Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi məqsədyönlü siyasəti, gənclərin vətənpərvər ruhda yetişdirilməsi, milli-mənəvi dəyərlərimizin möhkəmləndirilməsi nəticəsində yaranan möhkəm Prezident-Ordu-Xalq birliyi qalib gəldi, torpaqlarımız düşməndən tapdağından azad edildi”.

A.Həsənova vurğulayıb ki, Vətən müharibəsi zamanı mənfur düşmən xalqın qələbə əzmini sındırmaq üçün çirkin əmələ əl atdı, münaqişə zonasından uzaqda yerləşən şəhərlərimizi raketlərdən atəşə tutmaqla mülki insanlarımızı qətlə yetirdi:

“Ordumuz qarşısında tap gətirə bilməyən düşmən fikirləşirdi ki, bu yolla xalqda qorxu yaradacaq, Azərbaycanı dayandıracaq. Ancaq düşənin bu çirkin niyyəti əks-təsir göstərdi, xalqımızın qələbə əzmi nəinki qırılmadı, daha da möhkəmləndi, xalqın müharibəni davam etdirmək və qələbəyə çatmaq istəyi və iradəsi daha da artdı, şəhidlərimizin qanının yerdə qalmaması və düşmənə layiqli cavab verilməsi üçün xalqı bütün gücünü ortaya qoydu və sonunda tarixi Zəfər qazandı. Bu baxımdan Vətən müharibəsində qələbədə xalqımızn hər bir nümayəndəsinin öz payı var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti