...

Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 19 Oktyabr 2021 17:46 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.

Məlumata görə, görüşdə üç ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər.

Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işində müvəqqəti fasilə yaranmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.

Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun sabah Moskvada keçiriləcək iclası” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, siyasi ekspert Elçin Mirzəbəyli və Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti