...

Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb - Armen Sarkisyan

Siyasət Materials 28 Oktyabr 2021 12:44 (UTC +04:00)
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb - Armen Sarkisyan

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan İkinci Qarabağ müharibəsində silahlanma məsələsində Azərbaycandan geri qalıb.

Trend-in məlumatına görə, bunu Ermənistanın prezidenti Armen Sarkisyan Rusiyanın RBK telekanalına müsahibəsində deyib.

O vurğulayıb ki, Ermənistan bu müharibəyə hazır olmalı idi: "Ermənistan müharibədə hazırlıq və hərbi-texnoloji baxımdan Azərbaycandan geri qalıb. Bizim pilotsuz uçuş aparatlarımız olmalı idi, öz aparatlarımızı yaratmalı idik. Ermənistan bu cür müharibəyə, 21-ci əsrin müharibəsinə hazır olmalı idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti