...

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul prosesinin vaxtı uzadılıb (VİDEO)

Siyasət Materials 8 Noyabr 2021 14:02 (UTC +04:00)
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul prosesinin vaxtı uzadılıb (VİDEO)

Bakı. Trend:

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesinin vaxtı uzadılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər hərbi birliklərin, qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti