...

3+3 formatının işə salınması üzrə planları praktiki müstəviyə keçirməyin vaxtı çatıb - Rusiya XİN

Siyasət Materials 10 Noyabr 2021 18:35 (UTC +04:00)

Bakı. Trend:

Biz hesab edirik ki, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ermənistan və İranın iştirakı ilə 3+3 formatının işə salınması üzrə planları praktiki müstəviyə keçirməyin vaxtı çatıb.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz o fikirdəyik ki, 3+3 formatı regionun bütün dövlətlərinin maraqlarına cavab verir" - deyə M.Zaxarova bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti