...

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb (FOTO)

Siyasət Materials 11 Noyabr 2021 11:40 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 10-da Parisə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikası xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regiondakı cari vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti