Bakı. Trend:
Türkiyə növbəti müddətə YUNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik qeyd edib: "2017-2021-ci illərdə YUNESKO-nun İcraiyyə Şurasının üzvlüyünü uğurla həyata keçirən Türkiyə YUNESKO-nun 41-ci Baş Konfransı çərçivəsində 17 noyabr 2021-ci ildə keçirilən seçkilərdə yenidən 2021-2025-ci illər üçün üzv dövlət seçilib".
Nazirlik vurğulayıb ki, Türkiyə YUNESKO-nun məqsəd, ideallarını dəstəkləyir, təşkilatın fəaliyyətini və dəyərlərini təbliğ etməyə davam edəcək:
"Türkiyənin yeni müddətə İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin əvvəlki dövrdəki fəal, uğurlu fəaliyyətinin, eləcə də dünya miqyasında təhsil, elm və mədəniyyətə verdiyi töhfənin inandırıcı sübutudur".