...

Lavrov ATƏT-in hazırkı sədri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 18 Noyabr 2021 16:44 (UTC +04:00)
Lavrov ATƏT-in hazırkı sədri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın19-da Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə təşkilatın Qarabağda vəziyyətin tənzimlənməsinə yardımını müzakirə edəcək.

Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.

Görüş zamanı, həmçinin ATƏT-in Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində vasitəçiliyi ilə bağlı məsələlərin müzakirəsi də nəzərdə tutulub.

Bundan başqa, ATƏT-in üzv dövlətlər üçün ümumi problem olan transmilli təhdidlər, terrorçuluq, qanunsuz narkotik dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq, kibercinayətlər, insan alveri ilə mübarizədə rolunun artırılması məsələsi müzakirə olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti