...

"G7" XİN başçıları dekabrda Liverpulda görüşəcək

Siyasət Materials 22 Noyabr 2021 05:28 (UTC +04:00)
"G7" XİN başçıları dekabrda Liverpulda görüşəcək

Bakı. Trend:

Dekabrda Liverpulda G7 ölkələrinin ("Böyük Yeddilik") xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Trend xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Gələn ay Böyük Britaniyada, Liverpul şəhərində G7-nin xarici işlər və inkişaf nazirlərinin sammiti keçiriləcək", - deyə məlumatda qeyd olunur.

İclasda Fransa, Almaniya, İtaliya, Kanada, Yaponiya, Aİ XİN və ABŞ Dövlət Departamentinin rəhbərləri iştirak edəcək. Sammit üç gün ərzində - dekabrın 10-dan 12-dək baş tutacaq. Məlumatda həmçinin qeyd olunur ki, Zirvə görüşündə ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölklərinin nümayəndələri də iştirak edəcək.

XİN rəhbərləri postpandemiya dövründə iqtisadi dayanıqlıq, qlobal sağlamlıq və insan hüquqları daxil olmaqla bir sıra qlobal problemləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti