Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirilən danışıqların nəticələrini müzakirə edib.
Bu barədə Trend "TASS"a istinadən xəbər verir.
V.Putin bildirib: "Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə Qarabağ nizamlanması ilə bağlı apardığım müzakirələrin nəticələri və həmkarlarımla bugünkü iş zamanı əldə edilmiş razılaşmalar barədə sizi qısaca məlumatlandıracağam.
Planlaşdırıldığı kimi, yaxın tərəfdaşlarımız və yaxın qonşularımızla, yəni MDB ölkələri ilə münasibətlərimizin bütün kompleksi barədə daha ətraflı danışacağıq".
Onun sözlərinə görə, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak hesabatla çıxış edəcək.