...

Spikerdən deputata irad: Necə yəni heç nə yoxdur?

Siyasət Materials 14 Dekabr 2021 15:46 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlıya irad bildirib.

Trend xəbər verir ki, S.Qafarova deyib: “Siz hər cümlənizdə dediniz ki, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur?! Bu qədər işlər görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə yoxdur?! Qanuna edilən dəyişikliklər görülən işlərin nəticəsidir, siz isə deyirsiniz ki, heç nə yoxdur”.

Qeyd edək ki, S.Rüstəmxanlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı regionlarda işsizlərin sayının çox olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti