...

Zəngəzur dəhlizi layihəsi Ermənistan tərəfindən hər hansı ilkin şərtlər olmadan yerinə yetirilməlidir - İqor Korotçenko

Siyasət Materials 15 Dekabr 2021 15:25 (UTC +04:00)
Zəngəzur dəhlizi layihəsi Ermənistan tərəfindən hər hansı ilkin şərtlər olmadan yerinə yetirilməlidir - İqor Korotçenko

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəmiryolu və avtomobil daşımalarının həyata keçiriləcəyi Zəngəzur nəqliyyat dəhlizi layihəsi Ermənistan tərəfindən hər hansı ilkin şərtlər olmadan yerinə yetirilməlidir.

Bunu Trend-ə Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

"Azərbaycan ötən ilin noyabrındakı üçtərəfli bəyanatın, eləcə də Soçi sammitinin yekunu olan razılaşmaların reallaşdırılmasının zəruriliyi üzrə mövqeyində ardıcıldır. Paşinyan müəyyən təzyiqlərə məruz qalacaq. Artıq dəfələrlə olub ki, Paşinyan bu və ya digər razılaşmanı özünə uyğyn şəkildə mülahizə etməyə çalışıb, ya da geri addım atıb. Burada Ermənistana münasibətdə sərt mövqe göstərmək lazımdır. Fikrimcə, Rusiya üçün prinsipial olaraq vacibdir ki, Zəngəzur nəqliyyat dəhlizi layihəsi Soçidə liderlərin müzakirə etdiyi və əldə olunan razılıqlara uyğun olaraq reallaşdırılsın", - deyə o bildirib.

İ.Korotçenko, həmçinin Aİ-nin gündəliyinə ilk dəfə itkin düşənlər barədə məsələnin daxil olduğu və onların taleyinin müəyyənləşdirilməsinin vacibliyinin vurğulanması məsələsini şərh edib.

"Birinci Qarabağ müharibəsi dövründə əsri düşmüş çox sayda azərbaycanlı hərbçi, eləcə də Azərbaycan vətəndaşları itkin düşüb, onların taleləri məlum deyil. İndi artıq kütləvi məzarlıqlar açılır. Aydın olur ki, ermənilər birinci Qarabağ müharibəsinin gedişində Azərbaycan vətəndaşlarını məhkəmədənkənar qaydada aradan götürüb. Onların taleyini müəyyənləşdirmək lazımdır. Əlbəttə ki, bu, humanitar və hüquqi məsələdir. Çünki erməni qanunsuz silahlı birləşmələrin, eləcə də Yaxın Şərq və Şimali Afrika ölkələrindən Qarabağa gəlmiş erməni əsilli muzdluların törətdiyi bu addımlar bəşəriyyətə qarşı cinayətlərdir. Bütün bu məsələləri aydınlaşdırmaq lazımdır. Daha sonra Ermənistana qarşı törədilmiş cinayətlərə görə beynəlxalq məhkəmələrdə iddialar qaldırılmalıdır", - İ.Korotçenko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti