...

Azərbaycanın Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir - Çingiz Əsgərov

Siyasət 18 Yanvar 2022 11:54 (UTC +04:00)
Azərbaycanın Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir - Çingiz Əsgərov

Bakı. Samir Əli - Trend:

Vətən Müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən Müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərllə bağlı Avropa İnsan Haqları Məhkməsinə şikayətlər verib.

"Azərbaycan 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaq Avropa İnsan Haqları Məhkəməsinə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunlar hamısı Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdir," - Ç.Əsgərov deyib.

O qeyd edib ki, Vətən Müharibəsi zamanı mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin icraatında ilkin mərhələdədir: "Gələn aydan isə Azərbaycan dövlətinin mövqeyi Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti