...

Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev

Siyasət 20 Yanvar 2022 10:32 (UTC +04:00)
Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev

Bakı. Samir Əli - Trend:

Ermənistan özü də regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli və bundan nəticə çıxarmalıdır.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini xatırladan H.Hacıyev bildirib ki, Prezident İlham Əliyev bu müsahibədə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı aktual məsələlər, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə əlaqədar media nümayəndələrinin suallarına cavab verdi.

“Cənab Prezident İlham Əliyev tərəfindən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edə biləcək məsələlər, Ermənistan ilə Azərbaycan arasında potensial sülh müqaviləsinin imzalanması üzrə danışıqların başlanması və digər məsələlərə toxunuldu. Təbii ki, Ermənistan tərəfindən müvafiq cavablar verilməsini biz də gözləyirik. Ermənistan özü də regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli və bundan nəticə çıxarmalıdır”, - deyə H.Hacıyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti