...

Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb - BMT rəsmisi

Siyasət Materials 27 Yanvar 2022 11:43
Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb - BMT rəsmisi

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizədə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Holokost qurbanlarının xatirəsinə həsr olunmuş tədbir zamanı deyib.

"Biz bu gün Holokost qurbanlarının xatirəsini anmaq üçün toplaşmışıq. Dünyada nifrətə yer olmamalıdır, amma təəssüf ki, bu yanaşma ilə bu gün də üzləşmək mümkündür", - deyə o bildirib.

O, həmçinin Azərbaycanın qlobal səviyyədə antisemitizmlə mübarizədə və multikulturalizmin dəstəklənməsində səylərini vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Holokost qurbanlarının anım günü münasibətilə ADA Universitetində BMT nümayəndəliyinin, İsrail və Niderland səfirliklərinin, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə tədbir keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti