...

Gənclər Forumu çərçivəsindəki görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir - Forum iştirakçısı

Siyasət Materials 2 Fevral 2022 16:51 (UTC +04:00)
Gənclər Forumu çərçivəsindəki görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir - Forum iştirakçısı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün bizim üçün çox maraqlı görüş oldu. Cənab Prezident İlham Əliyevlə ölkənin müxtəlif sahələrində seçilən gənclərlə görüş baş tutdu. Gənclər Forumu çərçivəsindəki görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisdir.

Bunu bu gün Bakıda keçirilən Gənclər Forumunun iştirakçısı, gənc ədəbiyyatçı Ramil Əhməd Trend-in suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu gün bir neçə gənc prezidentimiz tərəfindən mükafatlandırıldı. Bu da cənab prezidentin gənclərə olan diqqət və qayğısının göstəricisidir.

"Bu gün Azərbaycan gəncliyinin özünü ifadə etməsi üçün geniş imkanlar var. Cənab Prezident də öz çıxışında vurğuladı ki, gənclərə böyük inam var. Ümid edirəm ki, zaman keçdikcə gənclər xalqımıza, dövlətimizə layiqincə xidmət edəcəklər.

İkinci Qarabağ müharibəsi iştirakçıları arasında gənclər daha çox iştirak etdilər. Vətən Müharibəsi dövründə bugünkü gənclik xüsusi qəhrəmanlıq göstərərək 30 illik vətən həsrətimizə son qoydu.

Bu gün Cənab Prezident qeyd etdi ki, Vətən Müharibəsində fərqlənən gənclər onun prezidentlik etdiyi dönəmdə yetişən gənc kadrlardır. Bu da prezidentimizin apardığı gənclər siyasətinin önəmini göstərən əsas faktorlardan biridir", - deyə gənc ədəbiyyatçı qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibələ Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti