...

Azərbaycanla Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 9 Fevral 2022 12:57 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanla Moldova arasında siyasi məsləhətləşmələrin aparılması ilə bağlı bu gün keçirilən görüşümüzdə razılıq əldə etdik.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, iki ölkə arasında ən azı ildə bir dəfə siyasi məsləhətləşmələrin aparılması münasibətləri daha da inkişaf etdirəcək.

Nazir əlavə edib ki, iki ölkə arasında humanitar sahədə əməkdaşlığın, tələbə mübadiləsinin həyata keçirilməsi də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti