...

Ermənistan regionda avtomobil yollarının bərpası ilə bağlı təkliflərini təqdim edib

Siyasət Materials 9 Fevral 2022 17:57 (UTC +04:00)
Ermənistan regionda avtomobil yollarının bərpası ilə bağlı təkliflərini təqdim edib

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan avtomobil nəqliyyatı əlaqəsinin bərpa olunması üçün təkliflərini Azərbaycan və Rusiyaya təqdim edib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Biz yollarla bağlı təkliflərimizi formalaşdırıb təqdim etmişik. Bu təkliflər Azərbaycan tərəfinə, Rusiyaya və beynəlxalq tərəfdaşlara təqdim edilib. Müvafiq cavablar alınacağı təqdirdə biz avtomobil nəqliyyatı əlaqəsinin bərpası prosesini reallaşdırmağa hazırıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti