...

Kaliforniyanın yəhudi icması Azərbaycana təşəkkür edib

Siyasət Materials 16 Fevral 2022 13:05 (UTC +04:00)
Kaliforniyanın yəhudi icması Azərbaycana təşəkkür edib

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərindəki "Chabad House-Almaden Valley" sinaqoqunun ravvini Mendel Vaynfeld məbədin bərpasında dəstəyə görə Azərbaycana təşəkkür edib.

Trend-in "Jewish News of Northern California" xəbər agentliyinə istinadən məlumatına görə, yanvarın 27-də Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ötən ilin dekabrında yanğın baş vermiş sinaqoqun bərpası üçün maliyyə vəsaitinin ayrılması barədə tapşırıq verib.

Baş konsulla telefon danışığı zamanı M.Vaynfeld bərpa üçün ayrılan vəsaitə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, yanğın ötən il dekabrın 22-də sinaqoqun binasına ciddi ziyan vurmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti