...

Azərbaycanın Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləyirik - ABŞ rəsmisi

Siyasət Materials 17 Fevral 2022 16:55 (UTC +04:00)
Azərbaycanın Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləyirik - ABŞ rəsmisi

Bakı. Trend:

Biz gələcəyə baxarkən iki ölkə arasında ticarət, təhsil və mədəniyyət əlaqələrini gücləndirməyi səbirsizliklə gözlədiyimiz kimi, Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləməyə sadiq qalırıq.

Trend xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə keçirilən mərasimdə deyib.

"Biz Azərbaycanla və regiondakı digər dövlətlərlə davamlı sülhün əsaslarını yaratmaq üçün çalışacağıq. Diplomatik münasibətlərimizdə bu əlamətdar ildönümünü qeyd edərkən biz təkcə geriyə deyil, həm də irəliyə baxırıq. Biz 30 ildir tərəfdaşıq və mən əminəm ki, tərəfdaşlığımız bizi gələcək onilliklərə aparacaq”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti