Bakı. Sədrəddin Ağcayev - Trend:
Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Aleksey Studnyarski Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi münasibətlər ötən il də dinamik inkişaf edib.
"Biz bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndiririk. Ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar 2022-ci il də əlaqələrin, o cümlədən regional münasibətlərin möhkəmlənməsinə hədəflənəcək", - deyə diplomat bildirib.
(Tərcümə: Orxan Nəbiyev)