Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat veririb.
Trend-in məlumatına görə, bəyanatda soyqırımın bəşəriyyətə qarşı ağır cinayət olduğu qeyd edilib.
Bildirilib ki, Xocalı soyqırımının törədilməsində məqsəd
Azərbaycan xalqının əzmini qırmaq, əraziləri işğal etmək olub.
"Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı
zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan
əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150
nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum
deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000
nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu,
8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25
uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən
63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə
öldürüldü",- bəyanatda deyilir.
Bəyanatda qeyd edilir ki, Xocalı soyqırımına beynəlxalq aləmdə lazmı hüquqi-siyasi qiymət verilməlidir.
Bəyanatda bildirilir ki, Xocalı soyqırımının ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq cəzalandırımalıdır.
Milli Məclis dünya ölkələrinin parlamentlərinə müraciət edir ki, erməni şovinistləri tərəfindən törədilmiş bu soyqırımı tanısınlar, pislənsinlər və gələcəkdə bu cür soyqırımların baş verməməsi üçün tədbirlər görsünlər.