...

Ukrayna öz vətəndaşlarının Azərbaycandan qayıtması üçün variantlar üzərində işləyir - Səfir

Siyasət Materials 25 Fevral 2022 15:23 (UTC +04:00)
Ukrayna öz vətəndaşlarının Azərbaycandan qayıtması üçün variantlar üzərində işləyir - Səfir

Bakı. Trend:

Ukrayna öz vətəndaşlarının Azərbaycandan qayıtması üçün variantlar üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında deyib.

"Bu məsələ ilə səfirliyin konsulluq şöbəsi də fəal məşğul olur. Əsas problem ondadır ki, hava məkanı bağlı olduğu üçün aviaşirkətlər vətəndaşları qəbul edə bilmir. Bu cür problem Gürcüstan, Qara dəniz üzərindən də mövcuddur. Müəyyən marşrutlar, variantlar var, biz indi onların üzərində işləyirik. Bu, kompleks məsələdir. Bizim ümumi sərhədimiz yoxdur. Amma alternativ marşrutlar üzərində işləyirik", - deyə səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti