...

Xocalı qatilləri tezliklə qanun qarşısında cavab verəcək – Xüsusi İstintaq şöbəsinin rəisi (VİDEO)

Siyasət Materials 26 Fevral 2022 09:07 (UTC +04:00)

Bakı. Trend:

Ermənilər 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı misli görünməmiş hərbi cinayətlər, soyqırımlar, terror aktları həyata keçirib. Bunların ən dəhşətlisi Xocalı faciəsidir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında Respublika Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib.

E.Tağıyev qeyd edib ki, xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımlarla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib və müəyyən qədər də olsa, cinyətkarlar tutularaq məhkəmə qarşısına çıxarılıb.

“Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən, müharibə cinayətləri həyata keçirən onlarla erməni terrorçusu barədə beynəlxalq axtarışlar verilib. Lakin müəyyən səbəblərdən onların tutularaq cəzalandırılması mümkün olmayıb. Amma biz tam əminik ki, Azərbaycan dövlətinin uzun illərdir bu istiqamətdə apardığı işlər müsbət nəticə verəcək. Biz inanırıq ki, Xocalı qatilləri tez bir zamanda saxlanılacaq və Serj Sarkisyan, Robert Köçəryan və digər qatı cinayətkarlar qanun qarşısında cavab verəcək.

Həm də ötən illər ərzində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, xüsusilə də Heydər Əliyev Fondu erməni faşizminin ifşa edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya yayılması, Xocalıya ədalət tələb edilməsi, Ermənistanın soyqırım cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqqamətində müstəsna xidmətlər göstərib. Hesab edirəm ki, bu fəaliyyətin də nəticəsi böyük olub və cinayətkarların tutularaq cəzalandırılması işində ciddi əhəmiyyət daşıyır", - deyə E.Tağıyev əlavə edib.

Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyevlə geniş müsahibənin videovariantını təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti