Bakı. Trend:
Bütün mövcud imkanlardan istifadə edilərək, vətəndaşlarımızın Ukraynadan Azərbaycana gətirilməsi təşkil olunur.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bununla bağlı səfirliklərimiz fəal iş görürlər.
“Xarici İşlər Nazirliyi müvafiq qurumlarla birgə əlaqələndirilmiş iş aparır. Yəni, bu iş davam edir. Müvafiq qurumların hamısı bu işə cəlb olunub. Müharibə gedir, həlak olanlar, xəsarət alanlar da var. İmkan daxilində bütün bu faktlar nəzərə alınır və hökumət tərəfindən lazımi köməkliklər göstərilir. Bu, həmin şəxslərin qohumlarının iştirakından, arzusundan asılıdır. Müharibə vəziyyətində bütün imkanlar nəzərə alınır”, - deyə nazir müavini qeyd edib.