Bakı. Trend:
Ukrayna səfirliyi təxliyə ilə bağlı problemlərin həlli üçün Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski deyib.
Kanevskinin sözlərinə görə, statistika göstərir ki, 2,5 milyondan çox vətəndaş Ukrayna ərazisini tərk edib.
“Bundan əlavə, 2 milyona yaxın vətəndaş faktiki olaraq yaşadığı yeri tərk edib. Onlar əsasən, Qərbi Ukraynada məskunlaşdırılıblar”, - diplomat bildirib.