...

Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə töhfə verməyə hazırdır - XİN başçısı

Siyasət Materials 15 Mart 2022 00:19 (UTC +04:00)
Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə töhfə verməyə hazırdır - XİN başçısı

Bakı. Trend:

Çin hökuməti Ukraynadakı böhranın sülh yolu ilə həllinə töhfə verməyə hazırdır.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici işlər Naziri, Dövlət Şurası üzvü Van İ ispaniyalı həmkarı Xose Manuel Albares ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə ayrı-ayrı qüvvələr Ukrayna böhranı ilə bağlı Çin tərəfinin obyektiv və ədalətli mövqeyini ləkələməyə çalışırlar.

"Çin həmişə digər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini, habelə BMT Nizamnaməsinin müddəalarına və prinsiplərinə hörmət prinsiplərinə sadiqdir. Çin böhranda tərəf kimi çıxış etmir və sanksiyaların ölkəyə əks olunmasını qətiyyən istəmir", - çinli nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti