...

Rusiya gürcü həmkarlarını "3+3" formatının iclaslarında görməyə hazırdır - Lavrov

Siyasət Materials 16 Mart 2022 17:43 (UTC +04:00)

Bakı. Trend:

Rusiya gürcü həmkarlarını "3+3" formatının iclaslarında görməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

"Cənubi Qafqazdakı vəziyyəti müzakirə edərkən, qeyd etdik ki, ötən ilin sonunda, bu ilin əvvəlində bu bölgədə post-münaqişə əməkdaşlığı üçün "3+3" regional məşvərət mexanizmi vasitəsilə təməl qoyulub. Burada Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə ilə yanaşı, hələlik bu perspektiv formata qoşulmaq üzərində düşünən Gürcüstan yer alır. Biz dəfələrlə vurğulamışıq ki, gürcüstanlı həmkarlarımızı bu strukturun iclaslarında görməyə hazırıq", - S.Lavrov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti