Bakı. Trend:
Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir. Yeni seçici siyahılarını may ayının axırına qədər tam dəqiqləşdirəcəyik.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bütün proses qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Bu mərhələdən sonra qarşıda duran digər vəzifələr həyata keçiriləcək.