Bakı. Trend:
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı Moskva və Kiyev arasında danışıqların gedişini nəzərdən keçiriblər.
Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Məlumata əsasən, eyni zamanda, Rusiya prezidenti mümkün razılaşmaların inkişafı üçün fundamental yanaşmaları ifadə edib:
"Vladimir Putin və Emmanuel Makron Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlarda vəziyyəti müzakirə ediblər. Bu kontekstdə Rusiya tərəfinin mümkün sazişlərin hazırlanmasına dair prinsipial yanaşmaları ifadə edilib".