Bakı. Trend:
Sloveniya prezidenti Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.
Görüşdə mərkəzin İdarə heyətinin üzvü - Gürcüstanın sabiq Baş nazir müavini, sabiq Xarici İşlər naziri Eka Tkeşalaşvili, Mərkəzin baş katibi Rövşən Muradov, baş katib müavini İlahə İbrahimli iştirak ediblər.
Görüş zamanı Sloveniya prezidentinə mərkəz regional və global miyasda keçirdiyi layihələr, Ukrayna müharibəsinin yaratdığı qaçqın krizisi, və onun yarada biləcəyi fəsadlar haqqda müzakirələr aparılıb.
Sloveniya prezidentinə qarşıda gələn IX Qlobal Bakı Forumuna
dəvət təqdim edilib. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal
problemlərin müzakirə edildiyi nüfuzlu siyasi platformaya
çevrildiyi vurğulanıb.
Sloveniya prezidenti Borut Pahora mərkəzin həm-sədri xanım Vayra
Vike-Freiberganın müəllifi olduqu Nizami Gəncəvinin Yeddi Gözəli və
ədabiyyatdan digər esselər kitabını və Qələmin Sehri Nizami
Gəncəvinin Xəmsəsindən Seçilmiş miniatürlər kitabı təqdim
olunub.
Qeyd edək ki, Mərkəzin nümayəndələri daha öncə Rumınya, Moldova, Polşada səfərdə olublar.