...

Delyaginin Azərbaycanla bağlı açıqlamaları qəbuledilməzdir - Rusiya səfiri

Siyasət Materials 30 Mart 2022 12:45 (UTC +04:00)
Delyaginin Azərbaycanla bağlı açıqlamaları qəbuledilməzdir -  Rusiya səfiri
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı açıqlamaları qəbuledilməzdir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında rusiyalı deputatın Qarabağda vəziyyətin kəskinləşməsi fonunda Azərbaycanın neft infrastukturuna zərbə endirmək imkanı barədə fikirləri şərh edərkən deyib.

O bildirib ki, deputatın sözləri Moskvanın rəsmi mövqeyini əks etdirmir və artıq Kreml və XİN tərəfindən tənqid olunub.

"Bu cür bəyanatları qəbuledilməz və Rusiya ilə Azərbaycanın münasibətlərinə zərbə vuran açıqlama hesab edirəm", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti