...

Bayden silsilə terror hücumlarından sonra İsrailin baş naziri Bennettə kömək təklif edib

Siyasət Materials 31 Mart 2022 06:33 (UTC +04:00)
Bayden silsilə terror hücumlarından sonra İsrailin baş naziri Bennettə kömək təklif edib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Naftali Bennet telefon danışığı zamanı İsraildə silsilə terror aktlarını müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Bayden bu cür təhdidlərlə mübarizədə İsrail tərəfinə yardım təklif edib.

"Prezident vurğulayıb ki, ABŞ terror təhlükəsi və bütün digər təhdidlər qarşısında İsrail dövlətini dəstəkləyir. Prezident İsrailli müttəfiqlərimizə öz vətəndaşlarına qarşı təhdidlərlə qarşılaşdıqları üçün hər cür kömək təklif etdi", - məlumatda vurğulanır.

Bəyanatda həmçinin qeyd olunur ki, iki ölkə liderləri regional tərəfdaşlığın əhəmiyyətini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti