...

Brüssel razılaşması Prezident İlham Əliyevin uğurlu diplomatik strategiyasının nəticəsidir - İqor Korotçenko

Siyasət Materials 8 Aprel 2022 11:29 (UTC +04:00)
Brüssel razılaşması Prezident İlham Əliyevin uğurlu diplomatik strategiyasının nəticəsidir - İqor Korotçenko
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Brüssel razılaşması Prezident İlham Əliyevin uğurlu diplomatik strategiyasının nəticəsidir.

Bunu Trend-ə Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə olunan razılaşmanı şərh edərkən deyib.

“Biz görürük ki, rəsmi İrəvanın üçtərəfli bəyanatın icrası məsələlərinə qeyri-konstruktiv yanaşmasına baxmayaraq, Azərbaycan diplomatiyasının səyləri sayəsində Paşinyanı konstruktiv məcraya yönəltmək mümkün oldu. Tammiqyaslı sülh danışıqlarına və dövlət sərhədinin delimitasiyası komissiyasının yaradılmasına yönəlməni müsbət, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirirəm. Biz görürdük ki, Ermənistan sülh prosesini və öz öhdəliklərinin icrasını pozmaq üçün Azərbaycanın Qarabağ iqtisadi regionunda erməni separatçıları tərəfindən silahlı təxribatlar da daxil olmaqla əlindən gələni edirdi. Bu təxribatların qarşısı qətiyyətlə alınıb və bu da, mənə elə gəlir ki, Paşinyanın daha konstruktiv mövqe tutmasında rol oynayıb. ABŞ və Fransada erməni diasporunun Azərbaycana istənilən təzyiqi göstərmək və Ermənistanı dəstəkləmək səylərinə baxmayaraq, bütün bu səylər uğursuzluğa düçar olub. Sülh, sabitlik, mövcud reallıqların qəbul olunması, bütün bunlar Ermənistan üçün şansdır. Paşinyan və onun ətrafı başa düşür ki, məsələni bundan sonra da uzatmaq alınmayacaq. Sülh sazişində dəqiq şəkildə göstərilməlidir ki, Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır”, - deyə o bildirib.

İ.Korotçenko vurğulayıb ki, qarşıda hələ görülməli çox işlər var.

“Bu gün üçün ən əsas həll olunmamış məsələ Azərbaycanın Qarabağ iqtisadi regionunda ermənilərin qanunsuz silahlı birləşmələrinin olmasıdır. Orada həmin silahlı insanların olduğu müddətdə biz hər zaman silahlı təxribatlar, terrorçuluq cəhdləri, Azərbaycan mövqelərinin atəşə tutulmasını gözləyə bilərik”, - ekspert deyib.

Onun sözlərinə görə, əldə olunan razılaşmanın əsası əvvəlki dövrün baza sənədləri ilə qoyulub. Bunlar üçtərəfli bəyanat, Moskva və Soçi razılaşmalarıdır.

“Rusiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və dəstəkləməyə davam edəcək. Bu baxımdan Azərbaycanla Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə bəyannamə də Azərbaycanın Ermənistanla danışıqlar prosesində öz diplomatik gündəmini irəli sürə biləcəyi təməldir.

Ermənistan indi başa düşür ki, Azərbaycanın fəaliyyətinin arxasında bu təməl sənəd dayanır. Sənədin bəndlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək, müxtəlif separatçı cəhdlərin, Azərbaycanın ərazi bütövlüyünə təcavüzün qarşısını almaq göstərilib. Bu baxımdan Rusiya öz öhdəliklərini tam şəkildə yerinə yetirəcək”, - İ.Korotçenko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti