...

Putin bu gün Moskvada Paşinyanla görüşəcək

Siyasət Materials 19 Aprel 2022 09:42 (UTC +04:00)
Putin bu gün Moskvada Paşinyanla görüşəcək

Bakı. Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Trend xəbər verir ki, onlar Qarabağ üzrə üçtərəfli sazişlərin icrasını, həmçinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri də müzakirə edəcəklər.

Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatı da müzakirə mövzusu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti