...

Prezident İlham Əliyevin çıxışı diasporu gələcək işlər üçün ruhlandırır - Lev Spivak

Siyasət Materials 22 Aprel 2022 17:22 (UTC +04:00)
Prezident İlham Əliyevin çıxışı diasporu gələcək işlər üçün ruhlandırır - Lev Spivak
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Şuşa. Trend:

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında diasporun fəaliyətini müsbət qiymətləndirdiyi çıxışı bizi gələcək işlər üçün ruhlandırır.

Bunu Trend-ə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiyasının prezidenti Lev Spivak Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib.

"Mən həm də Prezident İlham Əliyevin Qarabağın gələcəyi barədə sözlərini eşitməkdən məmnun oldum. Bu, bizi ümidləndirir", - L.Spivak deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev növbəti qurultayadək tapşırıqları və diasporun fəaliyyət istiqamətlərini dəqiq müəyyənləşdirib.

L.Spivak bildirib ki, bütün dünya ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən heyranlıqla danışıb.

Onun sözlərinə görə, bu baxımdan, dünyaya həqiqətlərin çatdırılması üçün diasporun işi vacib rol oynayır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti