...

Azərbaycanda hər zaman struktur islahatlarına xüsusi diqqət yetirilib - Deputat

Siyasət Materials 30 Aprel 2022 12:05 (UTC +04:00)
Azərbaycanda hər zaman struktur islahatlarına xüsusi diqqət yetirilib - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunması regionda tamamilə yeni reallıqlar yaratmaqla yanaşı idarəçilik sistemində də bir sıra yeni addımların atılmasına şərait yaratdı. Bunlardan biri də işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələrinin təyin olunması idi. Xüsusi nümayəndəlik institutu tamamilə yeni idarəçilik sistemidir və bugünə qədər xüsusi nümayəndəlik istitutunun müsbət nəticələrini görürük.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda daim bütün sahələrdə zamanın tələbinə uyğun olaraq islahatlar aparılıb.

“Ölkəmizdə hər zaman struktur və idarəetmə sahəsində islahatlarına da xüsusi diqqət yetirilib və islahatların məqsədi idarəçilik sisteminin təkmilləşdirilməsi, çevikliyin artırılması, vətəndaş məmmunluğunun təmin edilməsi olub. Bu gün də bütün sahələrində müsbətə doğru dəyişikliklər baş verir, islahatlar aparılır və nəticədə vətəndaş məmmunluğu yaranır.

Düşünürəm ki, regional idarəçilik sistemində də islahatların aparılması zamanın tələbi ilə reallaşmalıdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb. Zaman keçdikcə bu idarəçilik sistemi dövrün tələblərinə cavab vermir, idarəçilikdə müəyyən çətinliklər ortaya çıxır.

İdarəçilikdə olan müəyyən çətinliklər göstərir ki, bu sahədə də islahatların apaılmasına böyük ehtiyac var”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin idarəçilik sisteminin təkmilləşdirilməsi sahəsində apardığı işlər onu göstərir ki, gələcəkdə regional idarəçilik sahəsində də islahatları dərinləşdirmək mümkün olacaq.

“Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə yaradılan xüsusi nümayəndəlik institutunun digər regionlarda da tətbiqi öz aktuallığını artırır. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan sürətli bərpa və quruculuq işləri xüsusi nümayəndəlik istitutunun əhəmiyyətini artırır və bu idarəçilik sisteminin müsbət tərəflərini göstərir. Bu modelin gələcəkdə digər regionlarda tətbiqi idarəçilik sisteminə və məmur-vətəndaş münasibətlərinə çox müsbət təsir göstərə bilər”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti